“Məqsəd Gürcüstanı kənar müdaxilələrə qarşı gücləndirməkdir”- Qalmaqallı qanunu imzalayan spiker

“Bu gün mən “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzaladım. Bu qanunun məqsədi Gürcüstanın siyasi, iqtisadi və sosial sistemlərini kənar müdaxilələrə qarşı gücləndirməkdir”.

Azpost.info xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

O, qanunun qüvvəyə mindiyini açıqlayıb.

Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabaşvili qalmaqallı qanunu imzalamaqdan imtina etmiş və sənədə veto qoymuşdu. Daha sonra Gürcüstan parlamenti qanuna qoyulan vetonu ləğv etmişdi.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.