Azərbaycanda fəaliyyət göstərən daha bir partiya fəaliyyətini dayandırıb.
Müstəqil Azərbaycan Partiyası aprelin 7-də fəaliyyətinə son verib.
Qeyd edək ki, Müstəqil Azərbaycan Partiyasını tanınmış alim Nizami Süleymanov qurmuşdu. O, 1992-ci ildə prezidentliyə namizəd olmuşdu və populist çıxışları ilə qısa bir zamanda populyarlıq qazanmışdı. Nizami Süleymanov 1998-ci ildə də prezident seçkilərində iştirak etmişdi, lakin bu dəfə əvvəlki uğurunu təkrarlaya bilməmişdi.
MAP 1993-cü ildə rəsmi dövlət qeydiyyatına alınıb, 2016-cı ildə Nizami Süleymanovun vəfatından sonra faktiki fəaliyyət göstərmirdi. (Qaynarinfo)