Hindistanda məşhur kino aktyoru Çandra Mohan 78 yaşında vəfat edib.
Azpost.info bildirir ki, bu barədə “Vcinema” məlumat yayıb.
Nəşrin məlumatına görə, aktyorun ürəyində problemlər olub. O, ölkənin cənubundakı Heydərabaddakı xəstəxanada dünyasını dəyişib.
Çandra Mohan 900-dən çox film və serialda rol alıb. O, bir sıra milli mükafatlara, o cümlədən ən yaxşı komediya aktyoru və ən yaxşı personaj aktyoruna layiq görülüb.