Kinorejissor Martin Skorseze və onun “Sikelia Productions Inc.” prodüser şirkəti məhkəməyə verilib.
İddiaçı “Op-Fortitude Ltd.” şirkətidir. Şirkət xüsusi olaraq İkinci Dünya müharibəsi illərində düşmənin verdiyi yanlış məlumat əsasında müttəfiqlər tərəfindən keçirilən “Fortitude” əməliyyatı haqqında filmin çəkilməsi üçün yaradılıb.
Şirkətin iddia etdiyinə görə, 2022-ci ilin yanvarında Skorseze və onun şirkəti yeni layihəyə ulduz heyətin çağırılmasında onlara kömək etməyə razılaşıb. Skorsezenin şirkətinə avans olaraq 500 min dollar ödənilib. Eyni məbləğin iş görüləndən sonra ödənilməsi planlaşdırılıb.
İddiada bildirilir ki, 15 ay ərzində Skorseze filmin istehsalına kömək etmək üçün heç bir iş görməyib və onunla əlaqə qurmaq cəhdlərinə cavab verməyib.
“Op-Fortitude Ltd.” Skorsezedən ən azı 500 min dollar məbləğdə ziyanın, eləcə də məhkəmə xərclərinin və qeyd olunmamış cərimələrin ödənilməsini tələb edir.