Məşhur müğənninin oğlu vəfat edib

Məşhur sovet estrada müğənnisi İrina Ponarovskayanın oğlu Moskvada dünyasını dəyişib.

Azpost.info rus mediasına istinadən bildirir ki, Rusiyanın əməkdar artisti İrina Ponarovskaya və caz ifaçısı Vayland Roddun oğlu, 39 yaşlı Entoni Rodd bu gün səhər tezdən vəfat edib. O, səhər saat 5 radələrində Meşçanski rayonu Trifonovskaya küçəsində evdə olarkən özünü pis hiss edib. Arvad təcili yardım çağırsa da, Roddu xilas etmək mümkün olmayıb. Ölümün ilkin səbəbi ürək problemləridir.

Entoni rəssam idi. O, sənətçi Anna Çaynikova ilə evlənib və cütlüyün iki övladı var.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.