Rusiyanın tanınmış pop-müğənnisi Lyubov Uspenskayanın qızı yoxa çıxıb.
Azpost.info bildirir ki, bu barədə BAZA teleqram kanalı məlumat yayıb.
Müğənninin sözlərinə görə, o, çox guman ki qaçırılıb.
İctimai fəal Vitali Borodinin BAZA-ya verdiyi məlumata görə, müğənni özü kömək üçün ona müraciət edib. Çünki Uspenskayanın sözlərinə görə, qızı ilə 5 gündür əlaqə saxlaya bilmir.
Borodin dedi ki, Uspenskaya qızının müğənninin qondarma “LNR” və “DNR”-də verdiyi konsertlərə görə qaçırıla biləcəyinə inanır.