Discord platforması Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi sənədlərinin sızmasının araşdırılmasında hüquq-mühafizə orqanları ilə əməkdaşlığa başlayıb.
Bu barədə “Reuters“ platformanın bəyanatına istinadən xəbər verib.
Ehtimala görə, gizli sənədlər Discord çatlarından birində peyda olub, onlar anonim istifadəçi tərəfindən yerləşdirilib. Aprelin 6 və 8-də Pentaqonun iki böyük məxfi sənədi sızdırılıb. Sənədlərdə Ukrayna ordusunun vəziyyəti, həmçinin ABŞ və NATO-nun Ukrayna Silahlı Qüvvələrinin mövqelərini gücləndirmək planları barədə kəşfiyyat məlumatları var.