“Bizim MSK-nın qarşısında olan aksiya Azərbaycanda ictimai-siyasi vəziyyətin ən sivil qaydada olduğunu göstərdi”.
Azpost.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Məzahir Pənahov deyib.
MSK sədri əlavə edib ki, sözügedən aksiyanı xarici telekanallar da yayımlayıb: “Aksiya başlayan kimi bütün xarici kanallar verdi. Mən də hamısında baxdım, sevindim, ləzzət aldım”.