Məhkəmə Bəxtiyar Hacıyevi həbsdə saxladı –QƏRAR

Məhkəmə Bəxtiyar Hacıyev barəsində apellyasiya şikayətinə baxıb.

Onun barəsindəki həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb. Bu barədə Bəxtiyar Hacıyevin vəkili Aqil Layıc məlumat yayıb.

Bu gün saat 15:00-da Bakı Apellyasiya Məhkəməsində hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə B.Hacıyevin vəkili Aqil Layıc müvəkkili barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi və Bəxtiyarın ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.

B.Hacıyev xuliqanlıq və  məhkəməyə hörmətsizlikdə ittiham olunur. Onun barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə həbs olunduğu bildirilir.

Əvvəlki məqalə

Bəstəkar Oqtay Rəcəbov vəfat edib

Sonrakı məqalə

Ceyhun Bayramov Xankəndi yolunun bağlanmasından danışdı