Məhkəmə Qubad İbadoğlunun şikayətini təmin etməyib

Noyabrın 14-də Nərimanov Rayon Məhkəməsində iqtisadçı alim Qubad İbadoğlunun həbsindən sonra möhürlənmiş ofisin açılması ilə bağlı vəkillərin şikayətinə baxılıb.

Azpost.info bildirir ki, bu barədə Turan-a İbadoğlunun qardaşı Qalib Toğrul bildirib. Onun sözlərinə görə, məhkəmə vəkillərin şikayətini təmin etməyib. “Məhkəmə belə əsaslandırdı ki, istintaq gedir və istintaq dövründə götürülmüş materiallardan istifadə oluna bilər. Amma orada hər hansı istifadə olunası material da yoxdur. O ADR məxsus olan sənədlər birbaşa olaraq üzvlərin fərdi məlumatlarıdır. Orada istintaq üçün xüsusi əhəmiyyət kəsb edən sənəd yoxdur”, -deyə o bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə İqtisadi Tədqiqatlar Mərkəzinin adından anoloji şikayət veriləcək.

Qalib Toğrul bildirib ki, Qubad İbadoğlu özü də məhkəməyə gətirilib. “Qubad bəyin səhhətində əvvəlki problemlər hələ də qalır. Xüsusilə belində ağrılar şiddətlənib. Şəkərlə bağlı problem hələ də qalır”, deyə Qabil Toğrul bildirib.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaq ittihamı ilə 3 ay 26 gün müddətinə həbs edib. Avqustun 25-də ona qarşı daha bir ittiham – “dini ekstremist materialları hazırlama, saxlama və ya yayma” ittihamı irəli sürülüb.

Azpost.info

Əvvəlki məqalə

“Alla Puqaçova Rusiyanın gələcək prezidenti ola bilər”

Sonrakı məqalə

Ruslar 1500-ə yaxın İran “Şahed” dronu istehsal ediblər