“Məhsula istədiyi qiyməti qoyan monopolistlərin arzularını puç etmişik” –Gömrük Komitəsinin sədri

“Biz inhisarçılara “Yox” deyirik!  Biz əvvəllər müəyyən məhsulları yalnız özünün gətirəcəyində və birtərəfli qaydada qiymət təyin edəcəyində israrlı olan inhisarçıların arzularını puç etmişik. Bizi heç kim qaçaqmala himayədarlıqda və inhisarçılığı şirnikləndirməkdə ittiham edə bilməz”.

Azpost.info bildirir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Haqqın.az-a müsahibəsində bildirib.

S.Mehdiyevin sözlərinə görə, Komitəyə rəhbər təyin olunduğu 2018-ci ildən bəri ölkəyə mal gətirilməsində rüsum və vergilər artırılmayıb: “Statistikanı qaldırıb baxın.  Əksinə, bizim təşəbbüsümüzlə malların, fabrikat və yarımfabrikatların gömrük rüsumundan və ƏDV-dən azad olunması ilə bağlı 20-yə yaxın qərar dərc olunub”.

O, gömrük siyasətinin sərtləşdirilməsi ilə bağlı fikirlərlə razı olmadığını bildirib: “Söhbət yalnız şəffaflığın, qanunçuluğun, kölgə iqtisadiyyatı və qaçaqmalçılıqla mübarizənin gücləndirilməsindən gedir ki, bu da yığımların  sərtləşdirilməsi siyasətini şərtləndirir.  Biz azad rəqabət prinsipini  bərqərar etmişik və bütün sahibkarlara yerli bazarlara mal gətirmək üçün bərabər imkanlar yaratmışıq.  Bu siyasətin nəticəsində büdcəyə daxilolmalarda artım təmin olunub. Bu, sərtləşmə deyil. Təkrar edirəm, sərtləşmə vergi və rüsumların artırılmasını nəzərdə tutur.  Əksinə, ölkəyə rəqabətə qabil malların ədalətli və qanuni gətirilməsi təmin olunub”.

“Mən sahibkarlara müraciət edirəm,  əgər bu cür faktlar varsa, görüşməyə, dinləməyə və dərhal tədbirlər görməyə hazıram.  Bəli, biz sərt siyasət yürüdürük, ancaq bu, sahibkarların maraqlarının müdafiəsi üçündür!”-deyə S.Mehdiyev vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Xalqın ağlı və taleyi şəhərin ritmindən aydın görünür” –

Sonrakı məqalə

Audiovizual Şura yaradılacaq –