Məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsi yalnız AQTİS vasitəsilə qəbul ediləcək

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida məhsulları idxal edən sahibkarlıq subyektlərinə müraciət edib.

AQTA-dan APA-ya verilən məlumata görə, Agentlik tərəfindən idxal olunan yeyinti məhsullarına, qablaşdırma materiallarına və qida ilə təmasda olan məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsi 1 iyun 2020-ci il tarixindən yalnız Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə qəbul ediləcək. Artıq Agentlik bununla bağlı əksər sahibkarlıq subyektləri ilə videotəlimlər keçirib.

Eyni zamanda, videotəlimlərdə iştirak etməyən sahibkarlıq subyektlərinə həmin təlimlərin videoyazısı elektron formada göndərilib.

Qeyd edək ki, sahibkarlıq subyektləri birbaşa iş yerlərindən AQTİS vasitəsilə Agentliyə müraciət edərək qida təhlükəsizliyi sertifikatlarını şəxsi kabinetlərindən elektron qaydada əldə edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu ölkələrdə koronavirus qeydə alınmayıb

Sonrakı məqalə

Elman Rüstəmov: