“Mən Anabellayam, bu axşam səni öldürəcəyəm”-Bakıda intihar edən uşağın tabletindən nələr çıxıb?

Bir neçə gün əvvəl Bakı şəhəri Nəsimi rayonunda məktəblinin intihar etməsi ilə bağlı istintaq araşdırmaları davam etdirilir.

Azpost.info bildirir ki, “Qafqazinfo” saytı hüquq-mühafizə orqanlarından bununla bağlı bəzi detalları öyrənə bilib. Məlumata görə, istintaqçılar N.Şahbazov küçəsində yerləşən mənzildə özünü turnikdən asaraq intihar edən İran vətəndaşı, 2014-cü il təvəllüdlü N.R.-ə məxsus planşetdə bu hadisəyə səbəb ola biləcək faktlar aşkarlayıblar.

Belə ki, hadisədən dərhal sonra istintaqçılar mənzildən 2-ci sinf şagirdinin daimi istifadəsində olan tableti maddi sübut kimi götürüblər. Mobil cihazın qalareya bölməsində insanları zorakılığa sövq edən qorxulu animasiya və şəkillər, eləcə də “3 days to die” oyunu və mobil tətbiqlərin şəkilləri aşkar edilib. Bundan əlavə olaraq, tabletin qeydlər bölməsində “salam, mən Anabellayam və bu axşam səni öldürəcəm” məzmununda yazı aşkar edilib.

Bütün faktlar toplanıb və özünü öldürmə həddinə çatdırma ittihamı ilə cinayət işi başlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, məktəbli oğlanın anası hadisədən sonra hüquq-mühafizə orqanlarının nümayəndələrinə övladının məktəbdə sinif yoldaşı ilə problem yaşadığını və incidildiyini bildirmişdi.

Əvvəlki məqalə

Yanğının ərzaq qıtlığına səbəb olacağı barədə məlumatların əsası yoxdur –

Sonrakı məqalə

Prezidentin Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti qarşısında ÇIXIŞI