Mənzildəki partlayışda yaralanan şəxsin vəziyyəti ağırdır

Bakının Nizami rayonundakı yaşayış binasında baş verən partlayışda xəsarət alan kişinin vəziyyəti ağırdır.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, xəsarət alan 21 yaşlı şəxsin (kişi) bütün bədənin və tənəffüs yollarının III- IV dərəcəli yanığı ilə vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hadisə yerindəki həkim briqadaları tərəfindən 2 nəfərə (qadın olmaqla) hipertenziya və stressə qarşı kəskin reaksiya diaqnozu ilə yerində zəruri ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, ötən gün Nizami rayonu, Qara Qarayev prospekti, Əlif Hacıyev küçəsində 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 11 saylı 36 kv metr 2 otaqlı mənzildə partlayış baş verib.

Əvvəlki məqalə

Şəkidə 24 yaşlı gənc intihar edib

Sonrakı məqalə

Starlink peykləri Yer kürəsi üçün təhlükə yarada bilər