Məşhur aktyor pərəstişkarlarını təəccübləndirib

Məşhur amerikalı aktyor Sebastyan Sten yaxın günlərdə çəkiləcək “Fərqli adam” filmindən paylaşdığı ilk görüntü ilə pərəstişkarlarını təəccübləndirib.

Sebastian Stan filmdə xəstəliyə tutularaq ağır və dramatik bir həyat yaşayan adam rolunu canlandırır.

Aaron Şimberqin ssenari müəllifi və rejissoru olduğu filmin aktyor heyətində həmçinin tanınmış simalar Renate Reynsve və Adam Pirson da yer alırlar.

Qeyd edək ki, “Fərqli adam” filminin çəkilişləri Nyu-Yorkda davam edir.

Əvvəlki məqalə

Nizami rayonunda yolların yenidən qurulmasına 3 milyon manat ayrılıb

Sonrakı məqalə

Azərbaycanın yarım ton gümüş ehtiyatı var