Məşhur azərbaycanəsilli fransız aktyoru Rober Osseyn vəfat edib

Məşhur fransız aktyoru, teatr xadimi, azərbaycan əsilli Rober Osseyn vəfat edib.

Azpost.info bildirir ki, ailəsinin verdiyi məlumata görə, Osseyn cümə axşamı 93 yaşında dünyasını dəyişib. Aktyorun həyat yoldaşı Kendis Patu deyib ki, Osseyn bu gün səhər xəstəxanda ölüb.

Osseyn 100-dən artıq filmə çəkilib. Onun ən məşhur rolu “Anjelika-mələklər markizasıdır” filmində qraf Jofrey de Peyrak olub. Rober Osseyn 1927-də Parisdə anadan olub. Atası Əminulla Hüseynov Səmərqənd azərbaycanlılarından idi. Oktyabr çevrilişindən sonra Fransaya mühacirət edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir