Məşhur teleaparıcı 40-dan çox itə təcavüz etməkdə ittiham olunur - FOTO

Heyvanlara təcavüz etməkdə ittiham olunaraq həbs edilən Böyük Britaniyanın məşhur teleaparıcısı və zooloqu Adam Britton təqsirini etiraf edib.

Azpost.info xəbər verir ki, bu barədə ekpertin birbaşa işlədiyi BBC telekanalı məlumat yayıb.

Zooloq 2022-ci ilin aprelində həbs olunmazdan əvvəl 18 ay ərzində 42 itə təcavüz edib və onlardan 39-nu öldürüb. Daha sonra isə bütün bunları lentə alıb internetdə yayımlayıb.

Britton törətdiyi cinayətlərə görə 10 il həbsdə qalacaq.

Heyvanlar çox vaxt onlara baxmağı davam etdirə bilməyənlər tərəfindən qulluq üçün verilirdi. İnsanlar ev heyvanlarının vəziyyətini soruşduqda, zooloq onlara köhnə şəkillərini göndərirmiş.

Hakim Brittonun cinayətlərinin insanlıqdan kənar olduğunu bildirib. Onun cinayətlərinin bir çox təfərrüatları dərc oluna bilməyəcək qədər ağır olub və bəzən insanlardan məhkəmə zalını tərk etmələri tələb olunub.

“The Mirror” yazır ki, Çarlz Darvin Universitetinin baş elmi işçisi Britton uşaq istismarı materialırına sahib olmaqda və ötürməkdə təqsirli bilinib. O, zorakılığın əks olunduğu bütün materialları Telegram-da yayımlayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.