Məzahir Pənahov seçki pozuntularını sosial şəbəkədə yayanlara təşəkkür etdi:"Hamısı cəzalandırılacaq"

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçki məntəqələrində baş verən pozuntuları sosial şəbəkədə yayanlara təşəkkür edib.

“Report”un xəbərinə görə, M.Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib ki, MSK məntəqələrdə baş verən pozuntularla bağlı cavab verməyə məcburdur:

“Ona görə də məntəqələrdə baş verən pozuntuların ictimailəşdirilməsində xidməti olanlar bizim köməkçilərimizdir. Mən bu işdə əməyi keçənlərə “çox sağ ol” deyirəm. Eyni zamanda bu pozuntuları həyata keçirənlərin hamısı cəzalandırılacaq. Məntəqələrdə səsverməyə müdaxilə etmək yolverilməzdir. Səsverməni bir saniyə belə dayandırmağa hətta bizim də hüququmuz yoxdur. Amma eyni zamanda müəyyən mənada bəzi şəxslər bundan sui-istifadə etməyə çalışırlar”.

MSK sədri vətəndaşlara növbəti dəfə müraciət edib: “Biz təklif edirik ki, kimin əlində nə material varsa, gec olmadan bizə təqdim etsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MSK bu dairədən daxil olan şikayətləri təmin etmədi

Sonrakı məqalə

Çində kağız pullar da karantinə salınır