“Mənimlə oyun oynaya bilməzsiniz” –Tramp Sülh Şurasına qoşulmayan ölkələrə mesaj göndərdi

ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının ilk iclasının müstəsna əhəmiyyət kəsb etdiyini və ən nüfuzlu beynəlxalq strukturlardan birinə çevrilmək potensialına malik olduğunu bildirib.

“Hesab edirəm ki, bu, həm təsir, həm də nüfuz baxımından ən əhəmiyyətli şuradır. Əvvəllər belə bir şey olmayıb”, – deyə o vurğuladı.

Ağ Ev rəhbəri həmçinin indiyə qədər təşəbbüsə qoşulmaqdan imtina edən ölkələri də tənqid edib.

“Demək olar ki, hamı artıq razılaşıb, olmayanlar da razılaşacaq. Bəziləri mənimlə oyun oynamağa çalışır – bu, alınmayacaq, mənimlə bu alınmayacaq”, – deyə Tramp bildirib.

Onun sözlərinə görə, Sülh Şurası beynəlxalq münaqişələrin həllində daha geniş rol ala bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.