Məşhur amerikalı müğənni Dolli Parton vəfat edib

Məşhur amerikalı kantri-müğənni Dolli Parton 80 yaşında dünyasını dəyişib.

bu barədə onun ailəsi məlumat yayıb.

Əfsanəvi ulduz Dolli Parton müğənni, aktrisa, bəstəkar və prodüser idi. O, “Jolene”, “Coat of Many Colors”, “9 to 5” və “I Will Always Love You” kimi məşhur mahnıların müəllifi və ifaçısıdır. “I Will Always Love You” mahnısı xüsusilə Uitni Hyustonun 1992-ci ildəki ifası ilə dünya miqyasında böyük uğur qazanıb.

Karyerası ərzində 100-dən çox albom buraxıb. 2014-cü ildə onun dünya üzrə musiqi satışlarının 100 milyon nüsxəni keçdiyi açıqlanıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.