2025-ci ildə dövlət büdcəsinin gəlirləri cəmi 0,6% artacaq, xərclər isə 0,2% azalacaq.
Azpost.info bildirir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Milli Məclisə təqdim olunmuş büdcə paketini şərh edərkən bildirib.
“Maaş və təqaüdlərdə ciddi artım olmayacaq. Ən yaxşı halda 8-10% civarında artımlar ola bilər”-deyə ekspert vurğulayıb.
Qeyd edək ki, 2025-ci il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 39 milyard 667,6 milyon manat olacağı gözlənilir. Bu 2024-cü ilə nisbətən müvafiq olaraq 0,6 % çox və 0,2 % azdır.
“Büdcə gəlirlərinin, demək olar ki, artmaması onu deyir ki, biznes yaxşı durumda deyil, iqtisadi aktivlik yox dərəcəsindədir. İqtisadi artımın əsas “driver”-i yenə neft gəlirləri və büdcə xərcləri olacaq”-deyə N.Cəfərli bildirib.