Macarıstan “Buxarest doqquzluğu”ndan çıxarıla bilər- Ukrayna ilə bağlı mövqeyinə görə

“Buxarest doqquzluğu” ölkələrinin diplomatları Macarıstanın Avropa İttifaqından çıxarılması imkanını nəzərdən keçirir.

Azpost.info xəbər verir ki, bu barədə “Financial Times” adı açıqlanmayan mənbələrə istinadən yazıb.

Buna səbəb Budapeştin Ukrayna ilə bağlı mövqeyidir.

Hazırda hərbi əməkdaşlığın dərinləşdirilməsi məqsədilə yaradılan assosiasiyaya doqquz ölkə – Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Çexiya və Estoniya daxildir.

Mənbələrin məlumatına görə, iştirakçıların son iclaslarında Macarıstan Ukraynaya yardımla bağlı bir sıra qərarlara veto qoyub. Söhbət, digər məsələlərlə yanaşı, Budapeştin Kiyevin NATO-ya daxil olmaq ərizəsinə baxılmasının sürətləndirilməsini dəstəkləməkdən imtina etməsindən gedir. Bu baxımdan, Macarıstanın “Buxarest doqquzluğu”ndan çıxarılması məsələsi ciddiləşib.

Azpost.info

Əvvəlki məqalə

Prezident Makron yaxın ətrafı ilə istefasını müzakirə edir

Sonrakı məqalə

Putinin təyyarələri təhlükəsizdirmi?