“Macarıstan NATO-nun Ukraynaya yardımla bağlı qərarlarına mane olmayacaq”- Stoltenberq

“Macarıstan Baş naziri Viktor Orban ölkəsinin Ukraynaya yardım səylərində iştirak etməyəcəyini açıq şəkildə bildirib. Lakin Budapeşt iyulda keçiriləcək sammitdə Alyansın müvafiq qərarlarına mane olmayacaq”.

Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq bildirib.

“Biz razılaşdıq ki, Macarıstan digər müttəfiqlərin Ukraynaya uzunmüddətli yardım və NATO-nun Ukraynaya yardımın koordinasiyasında aparıcı rolu ilə bağlı qərarlarına mane olmayacaq, eyni zamanda Macarıstan bunun bir hissəsi olmayacaq”, – Stoltenberq bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Saxta brendlə mal satanlar kimə ziyan vurur?” –

Sonrakı məqalə

Bakı-Yalama istiqamətində dəmir yollarının yenidən qurulması nə vaxt başa çatdırılacaq?