Makron erməni hərbçilərini aparmaq üçün Azərbaycana təyyarə göndərib

Fransa Prezidenti Emmanuel Makron Rusiya prezidenti ilə birgə mətbuat konfransında Azərbaycanın 8 erməni hərbçini Ermənistana geri qaytarmasından danışıb.

Makron ölkəsinin böhran mərkəzinin erməni hərbçilərin geri qaytarılmasını həyata keçirmək üçün təyyarə verdiyini bildirib: “Biz ötən cümə günü İlham Əliyev və Nikol Paşinyanla videokonfrans keçirdik. Həmin konfransda biz bu məsələni, itkin düşmüşlərlə bağlı, qaçqınlarla bağlı və digər məsələləri qaldırdıq. Bunlar da həmçinin sabitlik elementləridir. Biz prezident Putinlə danışıqlarımızda bir sıra məsələlərə birgə baxışımızı ifadə etdik. Rusiya hərbçilərinin Azərbaycan-Ermənistan sərhədində çətin dövrdə oynadığı vacib rolu alqışlamaq istəyirəm”

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir