Fransa prezidenti Emmanuel Makron telefon danışığı zamanı iranlı həmkarı Məsud Pezeşkianı Ukraynaya qarşı müharibədə Rusiyaya dəstəyi dayandırmağa çağırıb.
Azpost.info xəbər verir ki, bu barədə Yelisey sarayəndan bildirilib.
Makron həmçinin deyib ki, İran sabitliyi pozan oyunçulara dəstəyi dayandırmaqla Livan və İsrail arasında gərginliyin qarşısını almaqda rol oynaya bilər.
Pezeşkian və Makron arasında telefon danışığı İran prezidentinin andiçmə mərasimi ərəfəsində baş tutub. Pezeşkiyanın andiçmə mərasimi iyulun 30-da baş tutacaq.
Azpost.info