Makron Olimpiya Oyunlarına qədər hökumətin qurulmasına fasilə verməyi təklif edib

Fransa prezidenti Emmanuel Makron siyasi partiyalara Parisdə keçiriləcək Olimpiya Oyunları ilə əlaqədar yeni hökumətin formalaşdırılması ilə bağlı müzakirələrə fasilə verməyi tövsiyə edib.

Azpost.info xəbər verir ki, Makron bu barədə Olimpiya kəndinə səfəri zamanı bildirib.

“Hazırda diqqət oyunların keçirilməsinə yönəldilməlidir”, – o deyib.

Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.