Malatyada dalbadal iki zəlzələ olub

Türkiyənin Malatya vilayətinin Pütürge rayonunda iki zəlzələ qeydə alınıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Birinci zəlzələ  4,7 bal gücündə olub.

Yeraltı təkanlar yerin 2,4 kilometr dərinliyində qeydə alınıb.

Ardınca daha bir zəlzələ qeydə alınıb.

İkinci zəlzələnin gücü Rixter cədvəli üzrə 4,5 bal gücündə olub.

Yeraltı təkanlar yerli vaxtla saat 05:13-də yerin 5 kilometr dərinliyində baş verib.

Həmçinin Hatay vilayətinin Hassa rayonunda da yerin 5 kilometr dərinliyində meydana gələn 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

Əvvəlki məqalə

“Oskar” mükafatının qalibləri açıqlandı –

Sonrakı məqalə

Şamaxıda qonaq toyda öldü