Malın gömrük dəyərinin müəyyən edilməsi proseduru sadələşdirilir.

Malın gömrük dəyərinin müəyyən edilməsi proseduru sadələşdirilir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Qeyd edilib ki, malların gömrük dəyərinin müəyyən edilməsi sadə və ədalətli meyarlara əsaslanmalı və gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir. Gömrük dəyərinin müəyyən edilməsi sahəsində vahid praktikanın formalaşması, bu sahədə sui-istifadə və neqativ halların qarşısının alınması məqsədilə bu qanuna uyğun olaraq gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar təsdiq ediləcək.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Əvvəlki məqalə

Bu şəxslər valideynlik hüququndan məhrum ediləcək

Sonrakı məqalə

Tayvanda hərbi xidmət müddəti artırılır