Manat gələn il bu məzənnədə olacaq –

Nazirlik açıqladı
13 Sentyabr 2019 - 18:11

Azərbaycan Maliyyə Nazirliyi 2020-ci il üçün manatın dollara qarşı məzənnəsi üzrə proqnozlarını açıqlayıb.

Maliyyə Nazirliyindən verilən məlumata görə, tədiyyə və ticarət balanslarındakı müsbət dinamika, monetar və fiskal siyasətlərin sıx əlaqələndirilmiş şəkildə yürüdülməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit  qalacağını dəstəkləyəcək. Bu əsasda, 2020-ci il üçün manat/ABŞ dolları məzənnəsinin 1,7 səviyyəsində olması proqnozlaşdırılır.