“Manatın məzənnəsi neftin qiymətindən asılı olacaq” –DEPUTAT

“2024-cü ildə neft gəlirlərimiz manatın məzənnəsinə təsir edən əsas faktor olacaq”.
Azpost.info bildirir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov  Mərkəzi Bankın bu günkü valyuta hərracının nəticələrini şərh edərkən bildirib.
Onun sözlərinə görə,  Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 79,4 milyon dollarlıq sifariş qeydə alınıb. Bütövükdə, mart ayının geridə qalan günlərində hərraclarda 227.4 milyon dollar satılıb: “Bu ilin ilk 2 ayı, xüsusən də fevral ilə müqayisədə mart ayında dollar tələbinin stabilləşməsi müşahidə olunur. Bu Mərkəzi Banka valyuta bazarına intervensiya və növbəti mərhələdə sterilizasiya üçün yeni imkanlar yaradır. Bununla yanaşı, mart ayında qeyri-iş günlərinin sayının çoxluğunun və eləcə də xarici səfərlərin sayının çoxluğunu nəzərə alsaq Mərkəzi Bankın kommunikasiya alətindən mütəmadi istifadə etməsi vacibdir”.
Növbəti aylarda manatın məzənnəsinə gəldikdə isə, deputat deyib ki, neftin qiymətindən asılı olacaq: “Bir daha qeyd etmək lazımdır ki, fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri kimi indikatorlar birbaşa enerji bazarındakı volatillikdən asılı olacaq”.
“Göründüyü kimi, bu ildə də neft gəlirlərimiz və daha dəqiqi enerji bazarlarındakı tarazlıq manatın məzənnəsinə təsir edən əsas faktor olacaq. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarından istifadə edilə bilər. Deməli, 2024-cü ildə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”-deyə V.Bayramov vurğulayıb.
Azpost.info
Əvvəlki məqalə

“Övladlarınız Ukrayna torpaqlarında ölməyəcək”

Sonrakı məqalə

Nazirlər Kabineti Milli Məclis qarşısında hesabat verəcək –