“Mançester Siti” İngiltərə çempionu olub

“Mançester Siti” ardıcıl dördüncü dəfə futbol üzrə İngiltərə çempionu olub.

Şəhərlillər Premyer Liqanın 38-ci turunda “Vest Hem Yunayted” komandasını məğlub etməklə buna müvəffəq olublar.

“Etihad Stadium”da baş tutan oyun 3:1 hesabı ilə meydan sahiblərinin xeyirinə başa çatıb.

Beləliklə, İngiltərə çempionatında mövsümün sonunda “Mançester Siti” 91 xalla çempion olub.

Komanda 10 dəfə İngiltərə çempionluğunu yaşayıb.

Bununla da şəhərlillər ardıcıl dörd dəfə İngiltərə çempionu olan ilk klub olub.

Əvvəlki məqalə

İran prezidenti Rəisinin bu gün Ermənistana səfəri planlaşdırılmışdı

Sonrakı məqalə

“Ölkənin işində heç bir axsama olmayacaq” –