“Mançester Siti” vacib üç xal qazanıb

İngiltərə Premyer Liqasında 35-ci tura yekun vurulub.

Çempionluq mübarizəsi aparan “Mançester Siti” səfərdə “Nottingem Forest”lə qarşılaşıb. Görüş “şəhərlilər”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Coşko Qvardiol və Erlinq Holand vurub.

Günün digər oyunlarında “Bournmut” “Brayton”u 3:0, “Arsenal” “Tottenhem”i 3:2 hesabı ilə məğlub edib.

Bu nəticədən sonra xallarını 79-a çatdıran “Mançester Siti” ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 80 xalla “Arsenal” başçılıq edir.

Əvvəlki məqalə

Gürcüstan müxalifəti Tbilisidə etiraz mitinqi keçirib

Sonrakı məqalə

ABŞ Dövlət katibi Prezident İlham Əliyevə zəng edib