“Mançester Yunayted” qələbə qazanıb

İngiltərə Premyer Liqasında XVI turun mərkəzi görüşü keçirilib.

Prinsipial oyunda “Mançester Siti” və “Mançester Yunayted” komandaları qarşılaşıblar. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 36-cı dəqiqədə meydan sahiblərinin həyətində Josko Qvardiol açıb. Lakin qonaqlar 88-ci və 90-cı dəqiqələrdə vurduğu qollarla qələbəyə seviniblər.

Bu nəticədən sonra 27 xalda qalan “Mançester Siti” 5-ci yerdədir. “Mançester Yunayted” isə 22 xalla 12-ci pillədə qərarlaşıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.