Mariya Zaxarova:"Həmsədrlər Bratislavada Qarabağ məsələsi üzrə məsləhətləşmələr aparacaq"

“Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi son illərdə mütəmadi olaraq ATƏT meydanında müzakirə olunur”.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

“Bratislavada keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurası çərçivəsində Minsk qrupunun üç həmsədri arasında məsləhətləşmələr aparılması planlaşdırılır. Söhbət xüsusi işlər üzrə səfirlər səviyyəsində görüşdən gedir”, – M.Zaxarova bildirib.

Qeyd edək ki, ATƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası dekabrın 5-6-da Slovakiyanın paytaxtı Bratislava şəhərində keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa İttifaqı Komissiyası Danimarkanı məhkəməyə verib

Sonrakı məqalə

“Hər birimizə uğurlu-xeyirli olsun”