Mark Zukerberq əməliyyat olunub

“Meta” korporasiyasının rəhbəri Mark Zukerberq məşq zamanı çarpaz bağlarını zədələyib. O, xəstəxanaya yerləşdirilib.

Zukerberq xəstəxanadan fotosunu paylaşıb.

 

Zukerberq cümə günü “İnstaqram” səhifəsində yazıb: “Sparrinq zamanı çarpaz bağımı yırtdım və onu bərpa etmək üçün əməliyyatdan yenicə çıxdım”.

O, gələn ilin əvvəlində İlon Maskla baş tutmalı olan MMA döyüşünün təxirə salınacağını əlavə edib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.