Martda ərzaq mallarının qiyməti 1,7% ucuzlaşıb

07 Aprel 2020 - 10:53

Turan agentliyinin martda Bakıda yerli istehsal olan 30 növ əsas istehlak malları üzrə tərtib etdiyi istehlak səbətinin (İS) orta qiyməti 1,7% azalıb.

Fevral və martda qiymətlər dəyişməyib, yanvarda qiymətlər 0,5%, 2019-cu ilin dekabrında 1,2%, noyabrda 0,4%, sentyabrda 0,5%, avqustda 0,3%, iyulda 0,3%, iyunda 0,1% artıb, mayda 2,9%, apreldə 2%, martda 0,7%, fevralda 0,2%, yanvarda da həmçinin 0,2% azalıb.