Masallı sakinindən 7 kiloqram narkotik vasitə aşkarlanıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bədəlan kənd sakini Elməddin Hüseynov saxlanılıb.

Bu barədə DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Sərnişin kimi əyləşdiyi “Vaz” markalı avtomobilə keçirilən baxış zamanı E.Hüseynova məxsus ayrı-ayrı bükümlərdə qablaşdırılan ümumilikdə 7 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

İlkin araşdırma zamanı onun aşkarlanan narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı Səccad adlı şəxsdən əldə etdiyi müəyyən edilib.

Məhkəmənin qərarı ilə E. Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.