Masallıda dağlıq ərazidə yenidən yanğın başlayıb

Masallıda dağlıq ərazidə yenidən yanğınlar başlayıb.

Qəriblər meşəbəyliyinə daxil olan 4-cü və 5-ci dolaylarda yanğın başlayıb.

Aktiv 2 yanğın ocağından biri nəzarət altına alınıb. Hazırda digər yanğın ocağında yanğının qarşısının alınması istiqamətində işlər görülür.

Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, yanğınla mübarizə tədbirlərinə əlavə olaraq FHN-in Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi və 1 ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub.

Relyefin mürəkkəbliyi və havanın küləkli olması əməliyyat şəraitini çətinləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.