Masallıda fəhlələri daşıyan mikroavtobus avtomobillə toqquşub –23 nəfər yaralanıb

Masallıda zəncirvarı yol qəzası baş verib.

Hadisə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Masallı rayonunun Əhmədli kəndindən keçən hissəsində qeydə alınıb.

Fəhlə daşıyan mikroavtobusla 2 minik avtomobilinin toqquşub.

Baş verən qəzada ümumilikdə 23 nəfər yaralanıb.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 17-si Masallı Rayon Mərkəzi Xəstəxanasına, 6-sı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Əvvəlki məqalə

“Rusiya və Belarus müdafiə qabiliyyətini təcili gücləndirilməlidir!” –

Sonrakı məqalə

“Avroviziya” Ukraynada keçirilməyəcək –