Masallının yeni icra başçısı DTX-da işləmiş generaldır

Bələdiyyələr
Bələdiyyələr

Masallı Rayon İcra Hakimiyyətinə təyin olunan yeni başçı Araz Əhmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olub.

Araz Əhmədov xidmətin general-mayorudur. O, 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə sözügedən ali hərbi rütbə ilə təltif edilib. A.Əhmədovun DTX-də  son vəzifəsi idarə rəisi olub.

A.Əhmədov mayor rütbəsində olarkən 1998-ci ildə Azərbaycanın dövlətçiliyinin qorunmasında, kəşfiyyat-təxribat fəaliyyətinin qarşısının alınmasında, əməliyyat-axtarış və  istintaq tədbirlərinin həyata keçirilməsində öz xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə mərhum prezident Heydər Əliyevin sərəncamı ilə “Hərbi  xidmətlərə görə» medalı ilə təltif edilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.