ABŞ iqtisadiyyatını iflasa aparan böyük problemlər, eləcə də hərbi xərclər üçün ayrılan nəhəng büdcədir.
Azpost.info xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask bildirib.
Onun sözlərinə görə, tam iflasdan qaçmağın yolu respublikaçı Donald Trampın yenidən seçilməsi ola bilər.
“Bu halda hökumətin tənzimləməsinin ləğvi və miqyasının kiçilməsi mümkün olacaq. ABŞ sürətlə iflas edir. Müdafiə Nazirliyinin büdcəsi çox böyükdür. Bu, ildə bir trilyon dollar deməkdir. Dövlət borcu üzrə faiz ödənişləri isə müdafiə büdcəsini yenicə ötüb”, – Mask deyib.
Azpost.info