Maştağada arvadı ilə barışmağa gələn ər özünü yandırıb

Bakının Sabunçu rayonunda ailə məişət zəmnində dava zamanı iki nəfər bıçaqlanıb və bir nəfər özünü yandırıb.

Hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, Hacıyev Əfqan Xanlar oğlunun həyat yoldaşı, ailədaxili münaqişə zamanı evdən çıxaraq anasının Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yaşadığı evə gəlib.

Ə.Hacıyev barışmaq məqsədilə qayınanasının yaşadığı ünvana gəlib.

Lakin qayınana 1969-cu il təvəllüdlü Xanım Xalıqova qızının boşanmağını təklif edib.

Bundan hiddətlənən Ə.Hacıyev əvvəlcə benzin içib daha sonra alışqan mayeni üzərinə tökərək yandırıb.

Bunu eşidən Ə.Hacıyevin qardaşı Rüfət Hacıyev sözügedən ünvana gəlib. O, qardaşının yanıq xəsarətləri aldığını görüb əvvəlcə Xanım Xalıqova iki bıçaq zərbəsi vurub.

Bundan sonra R.Hacıyev X.Xalıqovun qardaşı – 1963-cü il təvəllüdlü Rüstəm Babayevə də bıçaq zərbəsi vurub. Bıçaqlanan şəxslər 3 nömrəli xəstəxanaya yerləşdirilib.

Özünü yandıran Ə.Hacıyev 2-ci dərəcəli yanıq diaqnozu ilə Yanıq Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. (APA)

Əvvəlki məqalə

Putin və Zelenski İndoneziyada keçiriləcək G20 sammitində görüşə bilər

Sonrakı məqalə

Zelenski Putinin qatılacağı G20 sammitində iştirak barədə qərar verməyib