Mayın 27-də unvanlı yardımlar ödəniləcək

24 May 2021 - 10:04

Mayın 27-də ünvanlı dövlət sosial yardımının ödənilməsi həyata keçiriləcək.

Bu barədə Azpost.info-ya Dövlət Sosial Müdafiə Fondundan bildiriblər.

Qeyd edək ki, 2021-ci il aprelin 1-i vəziyyətinə 66,1 min aztəminatlı ailənin 279,0 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 58,2 manat olub.

Bunlarla yanaşı, müxtəlif kateqoriyadan olan 293,6 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.