Mbappe “Real Madrid”ə keçdi

PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe karyerasını “Real Madrid”də davam etdirəcək.

Azpost.info bildirir ki, klubun mətbuat xidməti sosial şəbəkədə “2 fevral” tarixini, həmçinin “yeni” yazısını əks etdirən video yayımlayıb.

“Real Madrid”in bu  videosunda Pasxa yumurtası göstərilir. Aşağı sol küncdə kiçik bir tısbağanın təsvir olunduğu kölgə var. Qeyd edək ki, PSJ-nin hücumçusu Kilian Mbappe oxşar görünüşünə görə dəfələrlə məşhur cizgi serialı və filmindəki Ninza tısbağası ilə müqayisə edilib.

Mbappe 2018-ci ilin iyulunda PSJ-yə keçib. Transfer məbləği 180 milyon avro olub. Futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Real Madrid fransalı futbolçunu azad agent kimi almağı planlaşdırır.

Bu mövsüm Kilian bütün yarışlar da daxil olmaqla 27 oyun keçirib, 28 qol vurub və altı məhsuldar ötürmə edib.

Əvvəlki məqalə

Dünən cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb

Sonrakı məqalə

21 yaşlı MMA döyüşçüsünü öldürən şəxs müəyyən edilib –