“MDB-nin dağılmaq üzrə olduğu barədə deyilənlər yalandır” –Baş katib

“MDB-nin dağılmaq ərəfəsində olması barədə deyilənlər doğru deyil”.

Azpost.info bildirir ki, bu barədə MDB-nin Baş katibi Sergey Lebedev Sputnik-ə bildirib.

“MDB-nin mövcud probemlər üzündən dağılması, yox olma ərəfəsində olması, birliyin ləğvi ilə bağlı deyilənlərin hamısı yalandır. Bütün bunlar uydurmadır”.

Onun sözlrinə görə, MDB daxilidə problemlər gizlədilmir: “Mən bir çox görüşlərin iştirakçısıyam. Deyə bilərəm ki, bu problemlər kifayət qədər səmimi mühitdə müzakirə olunur. Ən əsası, ortaq bir məqsədlə – bu problemlərin həlli yollarını tapmaq  məqsədi ilə müştərək müzakirələr aparılıb. Ümid edirik ki, bu həll yolları tapılacaq”, – deyə Lebedev vurğulayıb.

Lebedev bildirib ki, hazırda MDB  fəaliyyətini təkmilləşdirir.

Sergey Lebedev 2007-ci il oktyabrın 5-dən MDB-nin baş katibi vəzifəsini icra edir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.