MDB-nin Humanitar Əməkdaşlıq Fondunun iclasında erməni təxribatı –Polad Bülbüloğlunun sədrlikdən getməsini istədilər

Ermənistan MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə heyətinin iclasında Azərbaycana qarşı təxribata əl atıb.

Azərbaycanın Rusiyadakı Səfirliyinin mətbuat xidmətindən APA-ya  verilən məlumata görə, iyulun 9-da Fondun idarə heyətinin onlayn rejimdə keçirilən iclasında Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Ara Xzmalyan gözlənilmədən MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə heyətinin sədrinin vaxtından əvvəl yenidən seçilməsini gündəmə salınması məsələsini qaldırıb: “Məlumat üçün bildirək ki, Fondun İdarə heyətinə sədr iki il müddətinə seçilir. 2010-cu ildə Fondun İdarə heyətinə Polad Bülbüloğlu sədrlik edir. Yeni seçkilər isə 2020-ci ilin sonuna təyin olunub”.

Məlumatda qeyd olunur ki, Ermənistan tərəfinin məlum təxribatı iclas iştirakçılarının mənfi reaksiyasına səbəb olub: “Lakin Polad Bülbüloğlu açıq demokratik seçkilərin keçirildiyi daxili qaydalara uyğun olaraq Ara Xzmalyanın məlum təklifini qəbul edib və məsələni səsverməyə qoyub. Nəticədə Ermənistan nümayəndəsinin təklifi sarsıdıcı məğlubiyyətə uğrayıb. MDB-yə 9 üzv dövlətlərdən 8-in mədəniyyət nazirləri Azərbaycan nümayəndəsinin xidməti təcrübəsini nəzərə alaraq Ermənistanın təklifinin əleyhinə səs veriblər. Təəccüblüdür ki, seçkilərə altı ay qalmış Ermənistan bu cür təkliflə çıxış edir. Əminik ki, bu, Azərbaycan nümayəndəsinin Fondun İdarə Heyətinin sədri olması ilə əlaqədardır. Bu səsvermə Polad Bülbüloğlunun MDB məkanında yüksək nüfuzunu bir daha təsdiqləyib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“XİN-dəki həbslər böyük biabırçılıqdır” –

Sonrakı məqalə

Şəmkirdə mikroavtobus aşıb –