Mebel bahalaşıb, taxta ucuzlaşıb –AÇIQLAMA

Bu ilin aprel ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin aprel ayına nisbətən 111,3 faiz təşkil edib.

Azpost.info bildirir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Aprel ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından bahalaşma əsasən yağlı boyaların, mebellərin, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətində olub.

Ucuzlaşma isə kəsilmiş taxtaların, mobil telefonların və yazı kağızlarının qiymətlərində müşahidə olunub.

Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Azpost.info

Əvvəlki məqalə

Ermənistan mövqelərimizi atəşə tutmağa davam edir –

Sonrakı məqalə

Bərdədə saxta dollar satanlar tutuldu