Bakıda klinikada ölüm hadisəsi baş verib. Hadisə Nəsimi rayonu ərazisində yerləşən "MedAura" klinikasında qeydə alınıb. Həmin klinikada estetik əməliyyat olunan, 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva anesteziya edildikdən sonra ölüb. Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Faktla bağlı araşdırma aparılır. (APA)