Media nümayəndələri Heydər Əliyevin və Zərdabinin məzarını ziyarət edib –FOTOLAR

İyulun 21-də Milli Mətbuat Günü münasibətilə Medianın İnkişafı Agentliyinin, Audiovizual Şuranın və Azərbaycan Mətbuat Şurasının nümayəndələri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulub, böyük mütəfəkkirin xatirəsi anılıb.
Əvvəlki məqalə

“Rusiyanı terror sponsoru kimi tanımasanız, bunu Konqres edəcək”

Sonrakı məqalə

Teymur Rəcəbov Azərbaycan millisinin tərkibində Olimpiadaya qatılmaqdan imtina edib