“Media qurumlarına vergi güzəştləri olunacaq” –Vergi Xidməti rəisinin müavini

“Media haqqında qanun qüvvəyə mindikdən sonra, media subyektlərinin qeydiyyatı və vergi öhdəlikləri ilə bağlı Medianın İnkişafı Agentliyi ilə birgə layihələr icra olunur”.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva deyib.

Onun sözlərinə görə, söhbət media qurumlarına müəyyən güzəştlərin şamil olunmasından gedir ki, bunların sırasında mənfəət vergisindən azad olunması məsələsi var və bu məsələ hazırda hökumət tərəfindən baxılmaqdadır.

“Biz bundan sonra da media subyektlərini, həyata keçirilən islahatların cəmiyyətə və sahibkarlığa aktiv şəkildə çatdırılmasında yaranan suallarla bağlı dövlət orqanları ilə çevik əlaqələrin qurulmasında aktivliyin qorunmasını gözləyirik”, – deyə Samirə Musayeva qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.